Dünya çempionuna şok cəza
11.08.2010 - 11:39
İtaliya yığması ilə dünya çempionu adını qazanan Mario Kamoranezi 16 il öncə oyunda etdiyi cərimənin cəzasını ödəmək məcburiyyətində qalıb. Apasport.az saytının məlumatına görə, Argentinada anadan olan futbolçu yerli “Aldosivi” komandasında forma geyərkən, rəqib futbolçu Roberto Xavyer Pizzonu zədələyib. 14 avqust 1994-cü ildə aldığı zədə nəticəsində karyerasını bitirən Pizzo bugünlərdə məhkəməyə müraciət edib və Mar del Plata Sivil məhkəməsi zərərçəkənin lehinə qərar çıxarıb. Qərara əsasən, Kamoranezi 38 min avro cərimə ödəməlidir.
“Yuventus”la yollarını ayırmaq üzrə olan və “Birmingem”lə müqavilə imzalamağa hazırlaşan Kamoranezi qərara münasibət bildirərkən bunu qəsdən etmədiyini deyərək, məhkəməni günahlandırıb: “Yadımdadır, həmin günüm çox pis keçdi. Rəqibdən topu almaq istəyərkən zədələndi. Yəni bilərəkdən etmədim və futbolda belə hallar tez-tez baş verir. Qərar çıxaran məhkəmənin isə görünür idmanın bu növündən başı çıxmır”.
Qeyd edək ki, bu qərar Argentina futbol tarixindən ilk dəfə baş verir.

0
0