Milli komandamız İraqı da qabaqladı
11.08.2010 - 12:27
FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, ötən ayla müqayisədə 1 pillə irəliləyən Azərbaycan millisi 105-ci yerdə qərarlaşıb. Yığmamızın hesabında 266 xal var. Berti Foqtsun yetirmələri ötən ay arxada qaldığı İraq yığmasını geridə qoymağı bacarıblar. Onlar Avropada 45-ci yerdədirlər.
Avro-2012-nin seçmə mərhələsindəki rəqiblərimizdən ən yaxşı göstəriciyə Almaniya malikdir. Foqtsun həmvətənləri 1464 xalla yenə 4-cü pillədə qərarlaşıb. Digər rəqiblərimizdən Türkiyə 810 xalla 28-ci, Belçika 589 xalla 48-ci, 536 xala malik Avstriya isə reytinqin 60-cı komandasıdır. Siyahıda arxada qoyduğumuz yeganə rəqib – Qazaxıstan isə 184 xalla bir pillə irəliləyərək, 125-ci olub.
Siyahıya isə yenə İspaniya başçılıq edir – 1883 xal. İlk “üçlük”dəki yerini qoruyan Hollandiyanın 1658, Braziliyanın isə 1524 xalı var.

0
0