Berti Foqtsun Küveytə qarşı start heyəti
11.08.2010 - 12:54
Berti Foqtsun Küveytə qarşı start heyəti
Azərbaycan yığmasının yoldaşlıq matçı üçün start heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, bu gün Küveytlə keçirəcək oyunda Berti Foqts qapıda yenə də Kamran Ağayevə şans verəcək.

Milli komandamızın müdafiə xəttində Rəşad Sadıqov, Vladimir Levin, Maksim Medvedev və Ruslan Əmircanov yer alacaq. Baş məşqçi yarımmüdafiədə Rəşad Sadiqov, Elnur Allahverdiyev, Elvin Məmmədov, Mahir Şükürov və Vaqif Cavadova güvənəcək.

Ərəblərlə oyunda komandamızın qol ümidi isə yeganə hücumçu Fərid Quliyev olacaq.

Qeyd edək ki, Azərbaycan və Küveyt arasında oyun Tofiq Bəhramov adına stadionda saat 21:00-da start götürəcək.

Mənbə: extratime.az