FİFA prezidenti Almaniya millisini təriflədi
11.08.2010 - 13:06
FİFA prezidenti Almaniya millisini təriflədi
FİFA prezidenti Zepp Blatter Avro-2012-nin seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Almaniya yığmasının oyununu dəyərləndirib. Apasport.az saytının məlumatına görə, qurum rəhbəri Bundestimi tərifləyib. Blatterin fikrincə, yığmamızın seçmə mərhələdəki ilk rəqibi əvvəlki ilə müqayisədə daha da güclüdür.

“Almaniya yığmasının son mundialdakı çıxışını hər dəfə xatırlayanda, onların yüksək səviyyədə oynadığını qeyd edirdim. Bundestim həmişə hücum futbolu oynayıb. Rəqib qapısına yol tapmağa köklənir. Şübhəsiz ki, Almaniya istənilən turnirə rəng qatmaq iqtidarındadır. Onların oyunçuları da çox istedadlıdır. Əvvəllər almanların tam fərqli oyununun şahidi olurdum” – deyə, Blatter bildirib.

Qeyd edək ki, yığmamız Avro-2012-nin seçmə mərhələsinə sentyabrın 7-də Kölndə keçiriləcək Almaniya ilə qarşılaşma ilə başlayacaq.