Rumıniya mətbuatı “Xəzər Lənkəran”da sirr qoymadı
11.08.2010 - 13:38
Rumıniya mətbuatı “Xəzər Lənkəran”da sirr qoymadı
“Xəzər Lənkəran”a transferi həll olunmaq üzrə olan Zie Diabate ilə anlaşmanın şərtləri məlum olub. Apasport.az saytının məlumatına görə, Rumıniyanın “Dinamo” klubu Kot d’İvuarlı müdafiəçinin keçidindən qazanmayacaq. Belə ki, cənub təmsilçisi bir illik müqaviləyə əsasən, yalnız afrikalının özünə pul ödəyəcək.

Bunu iddia edən rumın həmkarlarımız Diabatenin bu müddət üçün 200 min avro alacağını yazır. “Dinamo” isə yalnız bir halda qabağa düşə bilər. Gələn ilin yayında “Xəzər Lənkəran” Diabatenin heyətində saxlamaq istəyəcəyi halda, Buxarest komandasına 200 min avro ödəməli olacaq.

Qeyd edək ki, Diabatenin keçidi yaxın günlərdə həll olunmalıdır.