“Turan”ın prezidenti futbolçu gətirmək üçün Gürcüstana getdi
11.08.2010 - 14:01
Unibank Premyer Liqasının I turunda “İnter”ə məğlubiyyətdən sonra heyətini gücləndirməyə çalışan “Turan” iki gürcüstanlı futbolçunu heyətinə qatmağa yaxındır. Apasport.az saytının xəbərinə görə, artıq klub prezidenti Musa Süleymanov bu məqsədlə Gürcüstana yollanıb. Ölkəmizə gələcək oyunçular isə Çediya və Dima Tatanaşvili olacaq.
Çediya sağ cinah yarımmüdafiəçisidir. Klubun baş məşqçisi Sakit Alıyev onun oyununu “Olimpi” ilə Tbilisidə keçirdiyi yoxlama matçında görüb. Bu futbolçu sol cinahda oynamaq qabiliyyətinə də malikdir. Tatanaşvili isə Çexiyada legioner həyatı yaşayıb, hücumçudur. Yaxın 2 gün ərzində onlarla müqavilə imzalanacağı gözlənilir.

0
0