“Bakı” Avropadan müdafiəçi gətirir
11.08.2010 - 14:45
“Bakı” Avropadan müdafiəçi gətirir
“Hazırda iki futbolçu ilə danışıqlar aparırıq. Belçika və İsveçrə çempionatlarında çıxış edirlər. Onlardan birini transfer edəcəyik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun vitse-prezidenti Tunc Afşar deyib.

Türkiyəli futbol funksioneri rəhbərliyində yer aldığı klubun transfer çalışmalarını davam etdirdiyini bildirib. Afşarın sözlərinə görə, bakılılar arxa xətt oyunçusu ilə anlaşacaq: “Yeni oyunçumuz müdafiəçi olacaq. Onların klubları ilə müqaviləsi var. İndi bu müqaviləni pozmağa çalışırlar. Ona görə də adlarını açıqlamıram. Biz ə qərarımızı bundan sonra verəcəyik”.

Qeyd edək ki, paytaxtın eyni adlı təmsilçisi braziliyalı müdafiəçi Julio Sezarla anlaşsa da onun keçidi baş tutmayıb.