“Mpenzanın “Neftçi”yə adaptasiya olması üçün müəyyən vaxt lazımdır”
11.08.2010 - 14:59
“Mpenzanın “Neftçi”yə adaptasiya olması üçün müəyyən vaxt lazımdır”
“Bazar günü iki iddialı komanda qarşılaşacaq. Maraqlı matçın olacağına inanıram”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi” klubunun yarımmüdafiəçisi Elmar Baxşıyev deyib.

Unibank Premyer Liqasına uğurlu start verə bilməyən bakılılar “Qarabağ”a məğlubiyyətdən son anda qurtuldu. Ağdam təmsilçisi ilə görüşə toxunan futbolçu mövsümün əvvəlində bu cür xal itkilərinin qaçılmaz olduğunu bildirib: “Birinci oyun idi, uşaqlarda stress var idi. Rəqib də zəif komanda deyildi. “Neftçi”nin oyundan oyuna artıracağına inanıram. Təsəvvür edin, Mpenza oyundan cəmi 2 gün əvvəl komandaya qoşulmuşdu. Onun adaptasiya olması üçün müəyyən vaxt lazımdır”.

Sonda futbolçu azarkeşlərini II turda “Qəbələ” ilə oyunda sevindirməyə çalışacaqlarını vurğulayıb: “Onlar da səfərdə məğlub olublar. Azarkeşləri qarşısında qələbə qazanmağa çalışacaqlar. Kimin güclü olacağını 90 dəqiqənin sonunda biləcəyik. Ancaq Qəbələyə qələbə dalınca gedirik”.