“Borussiya” azarkeşləri “Qarabağ”la oyuna xüsusi reyslə gələcəklər
11.08.2010 - 15:13
“Borussiya” azarkeşləri “Qarabağ”la oyuna xüsusi reyslə gələcəklər
Avropa Liqasının IV təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq Almaniyanın “Borussiya” klubu Bakıdakı cavab oyununda dəstəksiz qalmayacaq. Apasport.az saytının məlumatına görə, Dortmund təmsilçisi avqustun 26-da baş tutacaq görüşdə tək qalmamaq üçün tədbirlər görməyə başlayıb.

Belə ki, “Borussiya” rəhbərliyi ölkəmizə səfər etmək istəyən azarkeşlər üçün xüsusi reys təşkil etmək qərarına gəlib. Klubun tərəfdaşlarından olan “Best travel” turizm şirkəti alman fanatların müraciətlərini qəbul etməyə başlayıb. Komanda ilə Bakıya gələn azarkeşlər həm “Qarabağ” - “Borussiya” görüşünü izləyəcək, həm də şəhərimizin gəzintisinə çıxacaq.