“Borussiya” – “Qarabağ” matçının vaxtı dəyişdirildi
11.08.2010 - 15:46
Avropa Liqası çərçivəsində Dortmund şəhərindəki “Borussiya” – “Qarabağ” matçının başlama vaxtı dəyişdirilib.
Apasport.az saytının xəbərinə görə, avqustun 19-da keçiriləcək oyunun Bakı vaxtı ilə saat 23:45-də start götürüləcəyi planlaşdırılsa da, qarşılaşmanı yayımlayacaq ZDF kanalının xahişi ilə görüş 20 dəqiqə gec, 00:05-də başlayacaq.
Bakıdakı oyunun başlama vaxtında (26 avqust, 21:00) isə dəyişiklik edilməyib.
Qeyd edək ki, Almaniyadakı oyun ZDF-2 kanalı ilə yayımlanacaq.

0
0