Pato Braziliya yığmasına qolla döndü
11.08.2010 - 16:00
Pato Braziliya yığmasına qolla döndü
Braziliya yığması növbəti yoxlama matçını keçirib. Apasport.az saytının məlumatına görə, dünya çempionatının final mərhələsində uğursuz çıxış edən pentakampeonlar mundialdan sonra ilk oyunlarına çıxıblar. Cənubi amerikalılar ötən il Konfederasiyalar kubokunun finalında məğlub etdikləri ABŞ yığması ilə üz-üzə gəliblər. Braziliya millisi bu dəfə də rəqibini məğlub edib – 2:0. Qonaqların heyətində Neymar 29-cu, Pato 45-ci dəqiqədə fərqlənib.

Qeyd edək ki, mundiala aparılmayan Pato ikinci topun müəllifi olmaqla yığmaya dönüşünü qolla qeyd edib.