Adrian Kristeanın sevgilisi: Mən fahişə deyiləm! - FOTOSESSİYA
11.08.2010 - 16:59
Adrian Kristeanın sevgilisi: Mən fahişə deyiləm! - FOTOSESSİYA
Məşhur rumıniyalı model Byanka Draquşanu bir müddət əvvəl podiumu tərk etsə də, yenidən gündəmdədir. Apasport.az saytının məlumatına görə, öz şəkilləri ilə jurnalların üz qabıqlarını bəzəyən gözəlçə artıq televiziya ulduzuna çevrilməkdədir.

Lakin cazibəsi ilə çəkildiyi seriallara xüsusi rəng qatan Byanka problemlə üzləşib. Filmdəki tərəf müqabili, məşhur aktyor Ketelin Botezatu onunla sevgi münasibətləri qurmağa cəhd edir. Byanka isə buna sərt cavab verib: “Bilirəm ki, Ketelin məni sevir və rəğbətimi qazanmaq istəyir. Lakin ona dedim ki, mən fahişə deyiləm”.

İndi bütün Rumıniya məşhur futbolçu Adrian Kristeanın bu açıqlamaya reaksiyasını gözləyir. Buxarest “Dinamo”sunda çıxış edən və bu yaxınlaradək “Xəzər Lənkəran”a transferi gündəmdə olan Adrian Byankanın hazırkı sevgilisi sayılır.

Belə ki, Adrian Mutu ilə ayrılan Draquşanunun sonrakı və hələlik sonuncu sevgilisi Azərbaycanda oynaması gözlənilən Kristeadır.