Almaniya çempionu “Qarabağ”a qarşı oynamaq istəmir
11.08.2010 - 16:36
Avropa Liqasının IV təsnifat mərhələsində Ağdamın “Qarabağ” klubu ilə qarşılaşacaq Almaniyanın “Borussiya” klubu təcrübəli futbolçularından birini itirə bilər. Apasport.az saytının məlumatına görə, 6 ildir şərəfini qoruduğu Paraqvay milli komandasının heyətində dünya çempionatının 1/4 finalınadək irəliləyən Nelson Valdes Dortmund təmsilçisindən ayrılmaq istəyir. “Qarabağ”la oyunlaradək “Borussiya”nə tərk etmək niyyətində olan hücumçunu Almaniyada daim heyətə düşməməyi qane etmir. Bu səbəbdən də o, İspaniyadan alan təklifi götür-qoy edir. Valdesin “Herkules” klubuna keçidi ilə bağlı danışıqlar davam edir.
Qeyd edək ki, 2001-ci ildən Almaniyada çıxış edən paraqvaylı 2006-cı ilədək “Verder”, son 4 ildə isə “Borussiya”nın şərəfini qoruyub. Bundesliqada 193 matça 37 qol vuran legioner 2004-cü ildə həm Almaniya çempionu. Həm də ölkə kubokunun qalibi olub.

0
0