“Xəzər-Lənkəran” Adrian Yordaşe ilə müqavilə bağladı
11.08.2010 - 19:29
“Xəzər Lənkəran” bu gün yeni futbolçu ilə iki illik müqavilə imzalayıb. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən xəbərə görə, bu, rumıniyalı yarımmüdafiəçi Adrian Сorc Yordaşedir.
29-yaşlı futbolçu karyerasını 15 yaşında ölkəsinin 3-cü divizionunda oynayan “Forestierul Stilpeni” klubunda başlayıb. Daha sonra Buxarest “Dinamo”sunun (1999-2005) şərəfini qoruyub, Çempionlar Liqasında iştirak edib və bu klubda 2003, 2004 və 2005-ci illərdə Rumıniyanın ən yaxşı mərkəz müdafiəçisi titulunu qazanıb.
Adrian “Dinamo”dan “Şinnik” (Yaroslavl) (2005-2006) komandasına keçib. Maraqlıdır ki, onun transferinə Rusiya klubu 1 milyon avroya yaxın pul xərcləyib. Bu, o zaman üçün transferə çıxarılmış rumın futbolçuları arasında ən yüksək göstərici idi. Daha sonra futbolçu “Sinnik”i tərk edərək, vətəninə qayıdıb “FC Arges” (Piteşti) (2007) klubuna keçib. Həmin il futbolçu Kiprə yollanıb və orada əvvəlcə “ALKİ” (2007-2008), sonra isə “AEL” (Limasol) (2008-2009) klublarının formalarını geyib. Son ildə isə Rumıniyanın “Rapid” komandasında oynayıb.

0
0