“Fənərbaxça” “artıq yük”dən canını qurtarır
11.08.2010 - 23:03
“Fənərbaxça” “artıq yük”dən canını qurtarır
"Fənərbaxça" heyətini yeni transferlərlə gücləndirməyə çalışır və buna görə də "artıq yük" hesab etdiyi futbolçularla vidalaşmaq istəyir. Apasport.az saytının xəbərinə görə, həmin "qara siyahı"da Kolin Kazım, Deyvid, Daniel Quiza, Öndər Turacı və qolkiper Volkan Babacan var.

Ötən mövsümdəki fasilədə Fransanın "Tuluza" klubuna icarəyə verilən Kolin Kazımın göndərilməsi ilə bağlı "Fənərbaxça" rəhbərliyi ilə baş məşqçi Aykut Kocaman arasında fikir ayrılığı yoxdu. Əsas qapıçı Volkan Dəmirələ uzun müddətdən bəri alternativ arayan "Fənərbaxça" ehtiyat qapıçı Volkan Babacanı komandadan uzaqlaşdırıraq onun yerinə "Ankaragücü" ilə müqaviləsinin vaxtı başa çataraq azad agent statusu alan Serkan Karanfili almaq istəyir.