“Belə biabırçı uğursuzluqdan sonra komandanı tərk etmək istəyirdim”
11.08.2010 - 23:07
“Belə biabırçı uğursuzluqdan sonra komandanı tərk etmək istəyirdim”
İngiltərə yığmasının kapitanı Rio Ferdinandın müalicəsi başa çatana qədər komandanın meydandakı oyununa Stiven Cerrard rəhbərlik edir. Apasport.az saytının xəbərinə görə, o, DÇ-2010-da ingilislərin uğursuzluğundan sonra komandanı tərk etmək fikrinə düşdüyünü deyib. Futbolun baniləri mundialda qrup mərhələsini zorla keçsələr də, pley-off mərhələsinin ilk raundunda Almaniya millisinə 1:4 hesabıyla uduzmuşdular: "Boynuma alım ki, dünya çempioantında belə biabırçı uğursuzluqdan sonra komandanı tərk etmək istəyirdim. Yəqin hər kəsin karyerasında belə fikirləşdiyi dönəmlər olur. Lakin pərişanlığa tez son qoydum və tələsik qərarlar vermədim. İndi DÇ-2014-ün seçmə mərhələsinin oyunlarına hazıram".