“Beynəlxalq oyunlarda aqressiv olmaq lazımdır”
12.08.2010 - 00:11
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts Küveytlə yoldaşlıq görüşündən sonra mətbuat konfransı keçirib. Apasport.az saytının xəbərinə görə, almaniyalı mütəxəssis futbolçuların çıxışından və Almaniya ilə qarşıdakı rəsmi oyun barədə danışıb
- Öncə Azərbaycan xalqını və müsəlmanları Ramazan ayının gəlməsi münasibəti ilə təbrik edirəm. Bu, müsəlmanlar üçün müqəddəs aydır. Oyuna gəlincə, qələbə qazanmaq istəyirdik. Eyni zamanda, bəzi futbolçuları yoxlamaq istəyirdim. Buna görə də hesabı qoruya bilmədik. Həm də gələn həftə “Qarabağ”ın Avropa Liqasında vacib oyunu var. Bunu nəzərə aldım. Oyunun sonlarında qol buraxmaq yaxşı hal deyil. Özü də rəqib iki müdafiəçimizin əhatəsində olsa da, hesabı bərabərləşdirdi. Düzdür, həmin müdafiəçilər elə də təcrübəli futbolçular deyillər.
Növbəti rəqibimiz Almaniya yığması olacaq. Bu matçöncəsi beyinimdə bəzi suallar var idi. Ona cavab tapdım. Belə asanlıqla, top itirmək olmaz. Amma biz bunu etdik və rəqib dərhal qol vurdu. Bilirəm, indi Vaqif Cavadovla bağlı suallar verəcəksiniz. O, çoxdandır oynamır. Buna görə də fiziki hazırlığı yerində yeil. Məşq ayrı, oyun ayrı. Vaqifin daha çox oynaması lazımdır ki, formasını bərpa etsin. Rəşad Sadiqovu özüm meydanda bir qədər çox saxladım. Çünki onu bir daha yoxlamaq istəyirdim. Bildiyiniz kimi, Sadiqov yığmanın Avstriyadakı toplanışında iştirak etməmişdi. Həmin vaxt zədəli idi. Elvin Məmmədov isə üzərində çox işləməlidir. İndi futbolçular klublarına dönürlər. 10 günlük fasilə yaranacaq. Onlar üzərlərində işləməlidirlər.
- Belə çıxır ki, siz hesabı qorumağa çalışırdınız?
- Oyun ərzində 2-3 top fərqi ilə irəli çıxmaq lazım idi. Əgər 80-ci dəqiqəyə qədər ancaq bir qol vurmusansa, bunu sona qədər qorumalısan. Əlbəttə, oyunun gedişində çox top vurmaq lazımdır. Əgər bunu bacarmırsansa, onda hesabı qorumalısan. Hər bir futbolçuya beynəlxalq oyun təcrübəsi lazımdır.
- Araz Abdullayevin yığmaya çağırılmaması nə ilə bağlıdır?
- Əvvəlki təlim-məşq toplanışında onun hazırlığından razı qalmadım. Futbolçu gərək toplanış zamanı özünü baş məşqçiyə yaxşı tərəfdən göstərsin. Araz istedadlı və perspektivli futbolçudur. Amma onun üçün öyrənəsi çox şey var. Mən Arazla bağlı “Everton”un baş məşqçisi ilə söhbət etmişəm.
- Sirr deyilsə, söhbət zamanı onun Arazla bağlı fikri necə olub?
- Geniş danışmaq istəmirəm. Onu deyə bilərəm ki, Araz baş məşqçinin xoşuna gəlib, amma üzərində hələ də işləməlidir.
- Ruslan Əmircanov solda, Elnur Allahverdiyevə isə dayaq yarımmüdafiəçisi kimi şans verdiniz. Onlar necə təsir bağışladılar?
- Elnurdan razı qaldım. İlk dəfədir dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edirdi. Pis təsir bağışlamadı. Ruslana gəldikdə, Hondurasla oyunda sol cinahda yer almışdı. Həmin mövqedə oynayıb. Düzdür, qolda onun da səhvi oldu. Ancaq ümumilikdə razı qaldım.
- Almaniya ilə oyunda kimlərə güvənəcəyinizi müəyyənləşdirmisinizmi?
- Müdafiə xəttindən razı qaldım. Samir Abasovun nəyə qadir olduğunu bilirdim və bu gün onu meydana buraxmayacaqdım. Lakin yarımmüdafiəçilərin yorulduğunu görüb, Samirə şans verdim. Yenə Əmircanova qayıtmaq istəyirəm. Bizim Franskfurtda verdiyimiz test-normativlərin nəticəsinə görə, Ruslan ən yaxşılardandır. İndi ona şans vermək lazımdır. Bu gün sol cinahda müəyyən problemlər var.
- Əvvəllər hücumçu axtardığınızı deyirdiniz. Rauf Əliyevlə bağlı nə deyə bilərsiniz?
- Heyətdə olan 4 hücumçunun hamısından razıyam. Vaqif formasını bərpa edəcək. Rauf kimi hücumçumun olması məni sevindirir. Hücum xəttində alternativlərin olmasından razıyam. Vüqar Nadirovdan yığmaya qayıtmaq istəməsiylə bağlı siqnal gözləyirəm.
- Oyunun gedişində künc zərbələrini Vaqif Cavadov yerinə yetirirdi. Olmazmı ki, həmin vaxt Vaqif özü cərimə meydançasında yer alsın?
- Vaqif texnikalı futbolçudur. Onun künc ötürmələrindən 3 qol vurmuşuq. Sadəcə, bu gün alınmadı. Məşq prosesində ötürmələri dəqiq alınırdı. Bu dəfə məşq etməyə vaxtımız olmadı. Gərək bu cür ötürmələr üzərində məşqdə işləyəsən.
- Rəşad Sadiqov “Qarabağ”da hücumamyilli oynayır. Amma yığmada o, daha çox müdafiə xəttinə kömək edir. Onu yığmada da hücumameyilli oyunçu kimi sınamaq olarmı?
- Deməzdim ki, Sadiqov sırf müdfiəyəmeyilli oynadı. Rəşad Almaniya ilə oyunda həmin mövqedə Şvaynştaygerlə qarşılaşacaq. Onunla bu məsələ ətrafında söhbət etmişəm. Bir qədər aqressiv oynamalıdır. Ümumiyyətlə, tək Rəşad yox, digər oyunçular da beynəlxalq oyunlarda aqressiv oynamalıdır.

0
0