2012-ci il Avropa çempionatına start verildi
12.08.2010 - 09:32
2012-ci il Avropa çempionatına start verildi
2012-ci il Avropa çempionatının seçmə mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, əksər yığmaların gələn ay mübarizəyə başlayacağı yarışın ilk oyunu Estoniyada keçirilib.

Meydan sahibləri C qrupunun qarşılaşmaları çərçivəsində keçirilən matçda Farer adaları üzərində əzmkar qələbə qazanıblar. Postsovet məkanı təmsilçisi yalnız uzatma dəqiqələrində vurduğu qollarla istəyinə çatıb.

Seçmə mərhələnin açılış oyununda Azərbaycan Premyer Liqası da təmsil olunub. Belə ki, Bakının “İnter” klubunun futbolçusu Dmitri Kruqlov Estoniya yığmasının heyətində start “11-lik”də yer alıb. O, əvəzləndiyi 70-ci dəqiqəyədək meydanda mübarizə aparıb.

Avro-2012-nin seçmə mərhələsi
C qrupu


Estoniya – Farer adaları – 2:1
Saaq, 90+1, Piroya, 90+3 – Edmundsson, 28