Vadim Borets kapitan oldu
12.08.2010 - 10:25
Vadim Borets kapitan oldu
“Bakı”nın futbolçusu Vadim Borets Moldova yığmasını kapitan kimi meydana çıxarıb. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi yığmasının Gürcüstanla yoldaşlıq oyununda 90 dəqiqə oynamaqla yanaşı, kapitan sarğısını da daşıyıb.

Vadimdən başqa, Azərbaycan Premyer Liqasında çıxış edən daha 1 futbolçu qolsuz heç-heçə ilə bitən qarşılaşmanın iştirakçısı olub. Bu, Bakının “İnter” klubunun qapıçısı Georgi Lomayadır. Gürcüstan yığmasının qapısını toxunulmaz saxlayan futbolçu da 90 dəqiqə meydanda olub. Yığmaya dəvət alan “Bakı” və Moldova yığmasının digər futbolçusu Aleksey Savinov ehtiyat oyunçular skamyasında qalıb.

Artıq ölkəmizi tərk edən 2 futbolçu isə sonradan meydana daxil olublar. Belə ki, moldovalı Anatoli Doroş 73, gürcüstanlı Tornike Aptsiauri isə 64-cü dəqiqədə komanda yoldaşlarını əvəzləyiblər.