Andrey Rubin darmadağın gördü
12.08.2010 - 10:59
Andrey Rubin darmadağın gördü
Azərbaycan çempionatında çıxış edən iki futbolçu Latviya milli komandasının heyətində növbəti oyunlarını keçiriblər. Apasport.az saytının məlumatına görə, Bakının “İnter” klubunun şərəfini qoruyan Girts Karlson və bu yay Ağdamın “Qarabağ” komandasına keçən Andrey Rubin yığmalarının Çexiya ilə səfər matçının iştirakçısı olublar.

Meydan sahiblərinin 4:1 hesabı ilə qalib gəldiyi görüşdə həm Rubin, həm də Karlson start heyətdə meydana çıxıblar. Lakin onların heç biri matçı sona çatdırmayıb. Andrey fasilədə, Girts isə 59-cu dəqiqədə komanda yoldaşı ilə əvəzlənib. Vaxtilə ölkəmizdə çıxış etmiş daha bir oyunçu Liberetsdə meydana çıxıb. “Simurq”un sabiq futbolçusu Gennadi Solonitsin matçın son 16 dəqiqəsində meydanda olub.