Levent Kızıl: Azərbaycanla Bakıdakı oyundan çəkinirəm
12.08.2010 - 11:08
Levent Kızıl: Azərbaycanla Bakıdakı oyundan çəkinirəm
Qrup mərhələsinə Qazaxıstanla matçla start verəcək Türkiyə millisi son yoxlama oyununda Rumıniya ilə qarşılaşıb və qələbə qazanıb – 2:0. Oyunla bağlı fikirlərini açıqlayan Kızıl nəticədən razı qaldıqlarını vurğulayıb: “Ardanın qolu çox gözəldi. Qələbə qazandığımız üçün sevinirik. Yeni baş məşqçimiz var və hazırlığımızı onun planı əsasında qururuq”.

Qazaxıstan və Belçikanı məğlub edib, Almaniyaya 6 xalla yollanmağı düşünən Kızıl yığmamızla Bakıda keçiriləcək oyunun da təhlükəli olacağını istisna etməyib: “Avropa çempionatına getmək şansımız yenə yüksəkdir. Almaniya çox ciddi rəqibdir. Avstriya və Belçika isə yaxşı komandalardır. Azərbaycanla səfərdə oynayacağımız oyundan da çəkinirəm. Ona görə də, ilk 4 oyunda 10 xal toplasaq, bu, bizim üstünlüyümüz olacaq”.