“Lex”in oyununda azərbaycanlı hakim-inspektor
12.08.2010 - 11:29
“Lex”in oyununda azərbaycanlı hakim-inspektor
Azərbaycanlı hakim-inpektor Murad Məmmədov yeni təyinat alıb. Apasport.az saytının məlumatına görə, həmyerlimiz Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları zamanı iş başında olacaq. Məmmədov Ukraynanın “Dnepr” və Polşanın “Lex” klubları arasında görüşün hakim-inspektoru olacaq. Avqustun 19-da keçiriləcək qarşılaşma Dnepropetrovsk şəhərinin “Dnepr-Arena” stadionunda baş tutacaq.

Qeyd edək ki, “Lex” Çempionlar Liqasının II təsnifat mərhələsində Bakının “İnter” klubunu mübarizdən kənarlaşdırmışdı.

Mənbə: affa.az