Rəşad Sadıqov: Biz xal paylayan komanda olmayacağıq - MÜSAHİBƏ
12.08.2010 - 11:42
- Küveytlə keçirilən yoldaşlıq görüşü barədə nə deyə bilərsiniz?
- Bir hissə oynadım. Uşaqlar 2 aydır bir yerə toplaşmırdı. Hiss edilir ki, komanda ağır oynayır. Hava da çox isti idi. Təbii, bu da istənilən səviyyədə oynamağa imkan vermir. Bir az ideal oynadıq, amma ümumi götürdükdə, orta səviyyəli oyun oldu.
- Avstriya toplanışından sonra yığma ilk oyununu keçirdi. Son iki ayda komandada nə dəyişib?
- Əsas fərq ondan ibarətdir ki, oyun təcrübəmiz azdır. Premyer Liqanın cəmi 1 turu keçirilib. Uşaqlar hələ ideal formada deyil. Ancaq Almaniya ilə oyuna hələ çox var. Ona qədər 3-4 tur keçiriləcək. İnşallah, həmin görüşə qədər uşaqlar tam formaya düşərlər.
- Almaniya ilə oyun öncəsi sonuncu yoldaşlıq matçı keçirildi. Komandada əsasən hansı problemləri qeyd etmək olar?
- Oyun təcrübəsi baxımından axsamalar var. Futbolçuların əksəriyyəti ağır məşqlərdən, toplanışlardan gəlirlər. Ona görə də, həmişə çempionatın ilk 3-4 turu qurban verilir. Sonra effektini görmək olur.
- Yorğun olduğunuz hiss olunurdu...
- Yorğunluğun çox da hiss olunduğunu deməzdim. Hamımız gündəlik rejimə, yeməyə, yatmağa, məşqə ciddi fikir veririk. Yəni, hamı necə, mən də elə.
- Qrup oyunları barədə nə düşünürsünüz?
- Çətin olacaq, hansısa asan oyundan söhbət gedə bilməz. Amma biz də xal paylayan komanda olmayacağıq. Yaxşı çıxış edəcəyimizə inanıram.
- Almaniya ilə oyunadək bu ölkənin təmsilçisi ilə bir dəfə üz-üzə gələcəksiniz. Söhbət Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Borussiya” ilə keçiriləcək matçdan gedir. Bəs bu matç barədə nə deyə bilərsiniz?
- Düzdür, bu yığma səviyyəsində oyun deyil, amma millinin üzvləri üçün yaxşı təcrübə olacaq. Av-havaya, səfər oyununa yaxşı hazırlaşacağıq.
- “Qarabağ”ın son iki ildəki uğurlu çıxışından sonra azarkeşlər qrup mərhələsi haqqında düşünməyə başlayıb. Necə düşünürsünüz, bu real görünürmü?
- Real deyəndə, çıxıb oyunumuzu oynayacağıq. “Borussiya” Almaniyanın köklü və güclü klublarından biridir. Çalışacağıq ki, rəqibə qarşı ciddi müqavimət göstərək və sona qədər mübarizə aparaq.
- Oyunun gecəyarısı başlaması problem yaratmayacaq?
- Xeyr, avrokubok oyunlarının əksəriyyəti gec başlayır. Yəqin məşqçilər buna uyğun tədbir görəcəklər.
- Heyətdə itkilər çoxdurmu?
- Əfran İsmayılov oynamayacaq. Qarşıda 10 gün var. İstərdik ki, hamı oyunda iştirak etsin. Amma nəyin necə olacağını qarşıdakı günlərdə biləcəyik.
- Premyer Liqanın II turu çərçivəsində keçirilməli olan “Qarabağ” – “Gəncə” qarşılaşması təxirə salındı. Bu futbolçuların gücünü bərpa etməsi üçün kifayət edəcəkmi?
- Oyunun təxirə salınması xeyrimizə oldu. Belə isti havada ikiqat güc sərf edirsən. Bərpa prosesi isə çətin olur. Havalar sərin olsaydı, oynamaq olardı.
- “Visla” ilə ağır oyundan sonra Premyer Liqanın ilk turunda “Neftçi” ilə qarşılaşdınız. İki iddialı komandanın mübarizəsi sizi qane etdimi?
- Eyni səviyyəli oyun oldu. Yorğun olmasaydıq, fərqli matçın şahidi olacaqdınız. Darıxdırıcı oyun olsa da, səfərdə “Neftçi”dən 1 xal almaq yaxşı nəticədir.
- “Qarabağ” avrokuboklarda daha inamlı təsir bağışlasa da, daxili yarışda bir qədər zəif çıxış edir. Bunun səbəbi nədir?
- Rəqib güclü, azarkeş marağı böyük olduqca, biz daha yaxşı çıxış edirik.
- Azarkeşlərdən söz düşmüşkən, Quzanlıda çıxış edərkən sizi dəstəkləyənlər çox olurdu. Ancaq indi ev oyunlarınızı Bakıda keçirəcəksiniz. Azarkeşlərin sayının azalması sizi darıxdırmır?
- Bu da komandaya təsir edən amillərdəndir. Quzanlıda bizi dəstəkləyənlər daha çox idi. Məsələn, “Visla” ilə oyundan sonra millini tribunadan dəstəkləməyə gələn azarkeşlərin sayı daha çox olmalı idi. Lakin bu baş vermədi. Neynəmək olar, onları məcburi stadiona gətirə bilmərik.

0
0