Bundestim Azərbaycan yığması ilə oyuna yeni ideyalarla çıxacaq
12.08.2010 - 12:00
Bundestim Azərbaycan yığması ilə oyuna yeni ideyalarla çıxacaq
Avro-2012-nin seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan Bundestimin çalışdırıcısı Danimarka ilə yoxlama oyunundan sonra yetirmələrindən razı qalıb. Lakin Löv sentyabrda start götürən seçmə görüşlərinə qədər bəzi işlərin görülməsini də zəruri sayır: “Bu oyunda sınadığımız bir sıra taktiki ideyaların ifasından lap xoşum gəldi. Düşünürəm ki, seçmə mərhələ ərəfəsində bu matçdan lazımı nəticələr çıxaracağıq”.

Qeyd edək ki, Azərbaycan yığması növbəti matçını sentyabrın 7-də Almaniyaya qarşı keçirəcək.