“Mən Azərbaycanda oynayanda da, türk futbolundan çox danışılırdı”
12.08.2010 - 13:05
“Türk futbolunu yaxından izləyirəm. “Qalatasaray” Avropanın güclü klublarından biridir. Onlarla qarşılaşmağımız çox maraqlıdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı”nın sabiq futbolçusu Vilyam Roşa Batista deyib.
Hazırda karyerasını Ukraynanın “Karpatı” klubunda davam etdirən braziliyalı hücumçu Avropa Liqasında qarşılaşacaqları Türkiyə təmsilçisi “Qalatasaray”la bağlı fikirlərini açıqlayıb: “Qalatasaray”da çıxış edən Elanonu şəxsən tanıyıram. Səviyyəli futbolçuların yer aldığı belə bir kluba qarşı oynamağa tam hazır olduğumuzu düşünürəm. Mən ötən mövsüm Azərbaycanın “Bakı” klubunda çıxış edərkən orada türk futbolundan çox danışılırdı, “Qalatasaray”ın çox güclü olduğu və yaxşı komanda oyunu nümayiş etdirdikləri hamının gözü qabağında idi. Lakin biz də zəif komanda deyilik”.
Qeyd edək ki, “Qalatasaray” və “Karpatı” arasında oyunlar avqustun 19-da və 26-da keçiriləcək.

0
0