Yığmamızın sabiq kapitanı Çempionlar Liqasında fərqləndi
12.08.2010 - 13:42
Yığmamızın sabiq kapitanı Çempionlar Liqasında fərqləndi
Qadın futbolçulardan ibarət Azərbaycan yığmasının sabiq kapitanı Anna Ələkbərova özünə yeni komanda tapıb. Apasport.az saytının xəbərinə görə, artıq millimizə dəvət almayan yarımmüdafiəçi karyerasını Litvanın “Gintra Universitetas” klubunda davam etdirir.

Anna Litva çempionunu Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirdiyi 3 oyunda iştirak edib. Makedoniyanın “Borec” klubunu 4:0 hesabı ilə yenən Baltikyanı ölkə təmsilçisinin heyətində 90 dəqiqə oynayan Ələkbərova “Klaksvik”lə matçda da sona qədər meydanda olub. Bu görüşdə qapılara qol vurulmayıb. Sonuncu oyun “Gintra Universitetas” üçün uğursuz alınıb. “Evetron” Ələkbərovanın komandasının qapısından 7 cavabsız top keçirib. 90 dəqiqə komandasına kömək edən Anna 80-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.