“Gəncə”nin prezidenti söz verdi
12.08.2010 - 15:41
“Gəncə”nin prezidenti söz verdi
“Baş məşqçi ilə bağlı tez-tez sual verirlər. Birmənalı şəkildə deyirəm ki, Fuad İsmayılova inanırıq və sona qədər onun yanındayıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Gəncə” klubunun prezidenti Elmir Əliyev deyib.

Ötən ilin martında fəaliyyətini bərpa edən “Gəncə”nin baş məşqçisi postuna gətirilən Fuad İsmayılov ilk mövsümdəcə komandaya uğur qazandırıb. Belə ki, onun rəhbərliyi altında Gəncə təmsilçisi debüt mövsümündəcə Premyer Liqaya vəsiqə qazanıb. Ötən həftə ilk matçında çıxan “Gəncə”dən azarkeşlər qələbə gözləsə də, İsmayılovun yetirmələri məğlubiyyətdən sona yaxın qurtula bilib. Buna baxmayaraq, klub rəhbərliyi ona inandığını bildirib: “Heyəti o yığıb, komandanı baş məşqçi formalaşdırıb. Birinci turda bu cür nəticələrin qeydə alınması normaldır”.

Transfer çalışmalarını hələ yekunlaşdırmayan “Gəncə” iki futbolçunu heyətinə qatmağı düşünür: “Bir-iki oyunçu götürəcəyik Danışıq apardığımız futbolçular var, yollarını gözləyirik. Onlar legionerlərdir”.