Roman Abramoviç azərbaycanlıya rəqib olur
12.08.2010 - 16:15
Roman Abramoviç azərbaycanlıya rəqib olur
Tanınmış rusiyalı milyarder Roman Abramoviç yeni “sevda”ya düşüb. Apasport.az saytının məlumatına görə, futbola sevgisi hədsiz olan iş adamı bu dəfə Hollandiyada komanda almaq istəyir. Rusiyalının NEK klubunu almasında vasitəçi rolunu isə Estoniya Futbol Federasiyasının prezidenti Ayvar Pohlak icra edir.

Məhz onun həmyerlilərinin yaydığı məlumata əsasən, NEK-in alınması üzrə danışıqlar artıq yekunlaşmaq üzrədir və gələn ayın ortalarında alqı-satqı üzrə rəsmi imzalanma mərasimi olacaq. Bu baş tutarsa, Abramoviç öz klub “kolleksiyasını” zənginləşdirmiş olacaq. Rəsmən İngiltərə “Çelsi” klubunun sahibi sayılan milyarder qeyri-rəsmi şəkildə Rusiya, İsrail və Braziliya komandalarına da sponsorluq edir.

Əgər Abramoviç NEK-ə də yiyələnsə, Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadovun müqavilə ilə məxsus olduğu “Tvente” klubunun daha bir rəqibi peyda olacaq. Tarixi boyu böyük iddiaları olmayan NEK zəngin sahibinin pulları sayəsində hücumçumuzun komandasına da, digər nəhənglərə də “meydan oxuyacaq”.

Qeyd edək ki, Abramoviçin nümayəndələri hələlik danışıqların aparılması faktını təkzib edirlər0