Azərbaycan yığmasından 2 ardıcıl qələbə
12.08.2010 - 17:33
Almaniyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası 2 yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Bernard Lippertin yetirmələri hər iki matçda qalib gəliblər.
İlk oyunda “Heusenstamm” komandası ilə qarşılaşan yığmamız 3:0 hesabı ilə qələbə qazanıb. Qolları Tural İsgəndərov, Tərlan Quliyev və Qara Qarayev vurublar.
U-21-in növbəti rəqibi “Aşafenburq” komandası olub. Futbolçularımız bu oyunda da qələbə qazanıblar. 2:1 hesabı ilə yekunlaşan qarşılaşmada komandamızın qollarının müəllifi Nizami Hacıyev və Ruslan Qurbanov olub.
Qeyd edək ki, Lippertin yetirmələri Avro-2011-in gələn ay keçiriləcək son seçmə oyunlarına hazırlaşırlar. Onlar sentyabrın 4-də Albaniyanı qəbul edib, 3 gün sonra Belarusun qonağı olacaqlar.

0
0