“Xəzər Lənkəran”ın ev oyunlarını yayımlayacaq kanal müəyyənləşdi
21.08.2010 - 23:03
“Xəzər Lənkəran”ın ev oyunlarını yayımlayacaq kanal müəyyənləşdi
“Xəzər Lənkəran” klubunun ev oyunlarını yayımlanacaq televiziya şirkətinin adı məlum olub. Apasport.az saytının məlumatına görə, cənublular “Lider” televiziyası ilə anlaşıblar. Adıçəkilən kanal “Xəzər Lənkəran”ın ev oyunlarını yayımlayacaq. Lakin bu, bütün oyunlara şamil edilməyəcək.

Qeyd edək ki, “Lider” telekanalı artıq “Neftçi” və “Qəbələ” klublarının da ev oyunlarını yayımlamaq hüququna yiyələnib.