Qyoko Hacıyevski: Səviyyə fərqi özünü göstərdi
21.08.2010 - 23:05
“Öncə "Neftçi" klubunu qələbə münasibəti ilə təbrik edirəm və qarşıdakı turlarda uğurlar arzulayıram. Bugünkü oyunda hesabın böyük olması üzücüdür”. Apasport.az saytının xəbərinə görə, bu sözləri Unibank Premyer Liqasının III turunda “Neftçi”yə böyük hesabla uduzan “Simurq” klubunun baş məşqçisi Qyoko Hacıyevski deyib.
Oyundan sonra təşkil olunan mətbuat konfransında makedoniyalı çalışdırıcı bildirib ki, komandaların səviyyə fərqi özünü göstərib: "Neftçi"nin heyəti milli komandalarda çıxış edən təcrübəli futbolçulardan təşkil olunub, bizdə oynayan futbolçuların çoxu isə Premyer Liqada təzə çıxış edir. Futbolçularımız istedadlı, istəkli olsalar da, təcrübələri yoxdur. "Simurq" bu il iddialılar sırasında olmasa da, Premyer Liqadan düşməyəcək".
Qeyd edək ki, “Neftçi” “Simurq”u 4:0 hesabı ilə darmadağın edib.

0
0