“Xəzər Lənkəran”la matçın nəticəsi oyuna görə olmadı”
30.08.2010 - 10:50
“Xəzər Lənkəran”la qarşılaşmanın nəticəsi oyuna görə olmadı. Çətin və gərgin görüş alındı”. Bu sözləri apasport.az saytına açıqlamasında AZAL klubunun müdafiəçisi Elvin Əliyev deyib.
O, Unibank Premyer Liqasının IV turu çərçivəsində “Xəzər Lənkəran”la qarşılaşmanın uzatma dəqiqələrində buraxdığı qolla uduzan komandasının xala layiq olduğunu düşünür. Əliyev 0:1 hesablı nəticəni ədalətsiz hesab edir: “Biz oyunumuzla “Xəzər Lənkəran”dan çəkinmədiyimizi sübut etdik. Buraxdığımız qolu qismətsizlik hesab edirəm. Burada bizlik heç nə yoxdur. Bəxt qonaqların tərəfində oldu. 90 dəqiqə mübarizə apardıq, əlavə olunmuş vaxtda qapımızdan top buraxdıq. Görüş ən azı heç-heçə başa çatmalı idi. Onların 1 qol epizodu oldu. Onda da top auta çıxdığından bir-birimizi başa düşə bilmədik”.
Qeyd edək ki, “Xəzər Lənkəran”la qarşılaşmada AZAL mövsümdəki ilk məğlubiyyətini alıb.

0
0