“Anji”nin Mahir Şükürovla bağlı problemi yaranıb
30.08.2010 - 14:32
“Bütün futbolçularımız praktiki olaraq “Sibir”lə oyuna hazırdır. Ancaq yığma oyunçuları ilə bağlı çətinlik yarana bilər. Bizdə belə futbolçuların sayı 4-dür: Latviyadan Klyava, Azərbaycandan Şükürov, Moldovadan Josan, Gürcüstandan Revişvili”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Mahaçqalanın “Anji” klubunun baş məşqçisi Hacı Hacıyev deyib.
Həmyerlimiz Mahir Şükürovun şərəfini qoruduğu “Anji” yığma üzvləri ilə bağlı problemlə üzləşib. Bu da hesabat turunda “Sibir”lə görüşün Avroliqada oyunu ilə əlaqədar avqustun 29-dan 30-a keçirilməsidir. Hacıyevin sözlərinə görə, məsələ hətta sərt tədbirlərə gəlib çata bilər: “UEFA-nın reqlamentinə görə, yığma futbolçularımız sentyabrın 3-də rəsmi oyunlar keçirməlidir. Biz yığmalardan bu futbolçuların avqustun 30-dan gec göndərməmək xahişi ilə bağlı məktub almışıq. Ancaq oyun 29-dan 30-a keçirildiyi üçün klubumuzun rəhbərliyi Rusiya Futbol İttifaqı və Rusiyanın Peşəkar Futbol Liqasından “Anji”nin futbolçularının iştirak etdikləri həmin ölkələrin federasiyaları ilə münasibətləri tənzim etməyi xahiş edib. Əgər buna nail olunmasa, məsələ hətta cərimə sanksiyalarına gəlib çıxa bilər”.
Qeyd edək ki, AFFA “Anji”nin oyunun təxirə salınmasında ciddi problem görməyərək, Mahirin “Sibir”lə oyundan sonra, yəni sabah birbaşa Almaniyaya gəlişinə icazə verib. Assosiasiyamız yığmanın sentyabrın 3-də oyununun olmamağını, növbəti seçmə mərhələyə 7-də başlayacağımızı da nəzərə alıb.

0
0