Hacı “Qalatasaray”ın baş məşqçi postuna qaytarılır
30.08.2010 - 15:05
Frank Raykaard “Qalatasaray”ın baş məşqçi postundan istefaya göndərilir. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, klub prezidenti Adnan Polat hollandiyalı mütəxəssisin gələcək taleyi ilə bağlı yaxın günlərdə qərar verəcək.
Raykaardın gedişinin gündəmə gəlməsi ilk növbədə komandanın Avroliqada qrup mərhələsinə düşməməyi, həmçinin Superliqada cari mövsümə uğursuz startla bağlıdır.
Artıq Polat baş məşqçi postuna kimi gətirəcəyini də müəyyənləşdirib. Bu, “Qalasataray”ın tarixində ən yaxşı futbolçulardan olan, XX əsrdə Rumıniyanın ən yaxşı oyunçusu Georgi Hacıdır.
45 yaşlı mütəxəssis 2004-05-ci illərdə “Cim Bom”u çalışdırıb. Hacı 1996-2001-cü illərdə “Qalatasaray”da oynadığı vaxtda Türkiyə çempionatında 132 oyuna 59 qol vurub.

0
0