Əfran İsmayılov oynamadığı oyundan danışdı
30.08.2010 - 15:13
“Zaqatalaya qonaq getmişdim. Fürsətdən istifadə edib, “Simurq” – “Turan” qarşılaşmasını da izlədim”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ” klubunun futbolçusu Əfran İsmayılov deyib.
Şənbə günü Unibank Premyer Liqasının IV turu çərçivəsində baş tutan “Simurq” – “Turan” matçını stadiondan izləyən Əfranın bu addımı birmənalı qarşılanmayıb. Çoxları futbolçunun bir vaxtlar formasını geyindiyi “Turan”ın oyununu izləmək üçün məhz əyalətə yollandığını düşünürdü. Amma əslində, İsmayılov Zaqatalaya qonaq gedibmiş. Sadəcə futbolsuz dura bilmədiyi üçün stadiona baş çəkib: “Zaqatalaya “Turan”a görə getməmişdim. Sadəcə, qonaq dəvət etmişdilər. Gedib oyuna da baxdım. Hər iki komanda gənclərdən qurulub. Meydanda çox güc itirirdilər. Amma ürəklərini qoydular. Məncə, nəticəni ədalətli saymaq olar”.

- DÇ-2026: Əlcəzair İsveçrəyə rəqib oldu
- İranın arzuları 90+6-da məhv oldu - Avstriyanın qoluyla mundialla vidalaşdı
- DÇ-də qardaşlardan tarixi ilk - Fərqli millilərdə qol sevinci
- İran gözləmədədir - Taleyi Əlcəzair - Avstriya matçından asılıdır
- Vissa Özbəkistanı tək keçdi - 2 qolla matçın ən yaxşısı oldu
0
0