Vaqif Cavadov “Bakı”da 9 nömrəli formada oynayacaq
30.08.2010 - 15:40
Vaqif Cavadov “Bakı”da 9 nömrəli formada oynayacaq
Vaqif Cavadovun “Bakı”ya keçidi rəsmiləşib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi yığmamızın 21 yaşlı hücumçusunu Hollandiyanın “Tvente” klubundan bir illiyə icarəyə götürüb.

Vaqifin yeni komandasında geyəcəyi forma da dəqiqləşib. Belə ki, hücumçu seçdiyi 9 nömrəli forma altında oynayacaq. Bu gün yığmamızın heyətində Almaniyaya təlim-məşq toplanışına yollanan Cavadov sentyabrın 10-da vətənə dönəcək. Onun “Bakı”da sentyabrın 12-də “Gəncə” ilə ev oyununda olacaq.

Mənbə: fcbaku.com