“Qarabağ”da yeni sima – FOTO
30.08.2010 - 15:56
“Qarabağ”da yeni sima – FOTO
“Qarabağ” kimi camiəyə gəldiyim üçün çox şadam. Azərbaycanda oynadığım son 2 ildə bu komandanın nə qədər çox sevildiyinin şahidi oldum”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Qarabağ”ın yeni transferi Devran Ayhan klubunun rəsmi saytına açıqlamasında deyib.

Türkiyə Superliqasında 382 matçda 30 qol vuran təcrübəli futbolçu son iki ildə “Xəzər Lənkəran”da oynayıb. Rumıniyalı Mirça Rednik Lənkəran təmsilçisinin baş məşqçi postuna gələndən sonra ona lazım olmayan Ayhanı komandadan uzaqlaşdırdı. Artıq “Qarabağ”la müqavilə bağlayan Ayhan ilk Azərbaycan çempionluğunu bu komanda ilə qazanmaq istəyir: “Xüsusilə, son 2 ildə “Qarabağ” avrokuboklarda əldə etdiyi nəticələrlə hər kəsin rəğbətini qazanıb. Bir türk olaraq yerlilərin - azəri türklərinin çox olduğu komandada oynamaq qürurvericidir. İnşallah, bu mövsüm “Qarabağ”la sonda çempionluğu bayram edərik. Bunun üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam”.