Türk məşqçi Azərbaycan yığmasını izləyəcək
30.08.2010 - 23:01
“Əskişəhərspor”un məşqçisi Bülənt Albayrak Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Almaniya – Azərbaycan oyununu izləyəcək. Bu haqda apasport.az saytına eksklüziv açıqlamasında türk klubunun baş məşqçisi Rza Çalımbay məlumat verib.
Superliqa təmsilçisi transfer etdiyi yığmamızın kapitanı Rəşad Sadıqovu məsul sınaqda izləmək fikrindədir. Çalımbay bu məqsədlə köməkçisi Albayrakı görüş keçiriləcək Almaniyanın Köln şəhərinə yollayacağını bildirib.
Maraqlıdır, “Əskişəhərspor” başqa yığma üzvlərimizi transfer etmək fikrindədirmi? Çalımbay bununla bağlı konkret bir şey deməsə də, hər halda, köməkçisi göz qoyduğu oyunçularla bağlı məlumat verəcəyi şübhəsizdir: “Rəşad Sadıqovun kapitanı olduğu Azərbaycan yığmasının Almaniya ilə səfər oyunu bizim də diqqət mərkəzimizdə olacaq. Ancaq bu oyunu stadiondan mən yox, köməkçim Bülənt Albayrak izləyəcək. Mən onu bu məqsədlə Almaniyaya göndərəcəyəm. Albayrak həm görüşü, həm də Rəşadın oyununu izləyəcək”.
Qeyd edək ki, Türkiyə yığması Avro-2012-də millimizlə bir qrupa düşdüyü üçün oyunu qardaş ölkədə də diqqətdə saxlanılır.
Mehman SÜLEYMANOV

0
0