Vinfred Şafer təhlilə başladı
30.08.2010 - 17:00
“Bakı” klubunun milli komandalarına dəvət almayan legionerləri Unibank Premyer Liqasında Avropa çempionatının seçmə oyunları ilə əlaqədar verilmiş fasiləsindən istifadə edərək ölkələrinə yollanıblar. Apasport.az saytının məlumatına görə, almaniyalı baş məşqçi Vinfred Şafer sentyabrın 2-dək futbolçulara istirahət verib. Bundan istifadə edən əcnəbilər vətənlərinə gedib.
Almaniyalı çalışdırıcı isə fasilədən yetərincə yararlanmaq niyyətindədir. Belə ki, Unibank Premyer Liqasının oyunlarını izləyən Şafer Bakını tərk etməyib. O, fasilə müddətində Premyer Liqada çıxış edən komandaların oyunlarının videoyazısını izləyərək təhlillər aparacaq. “Bakı”nın yığma futbolçuları rəsmi oyunlar başa çatdıqdan sonra klubun düşərgəsinə qayıdacaq.
Qeyd edək ki, “Bakı” çempionatın bərpasına qədər yoxlama oyunu keçirəcək. Bu məqsədlə “zolaqlılar” rəsmi dəvət göndərdikləri, yığmamızın yarımmüdafiəçisi Mahir Şükürovun heyətində yer aldığı Rusiyanın “Anji” klubu ilə sentyabrın 6-da Tofiq Bəhramov adına Respublika stadionunda görüşəcək. Ancaq Mahir və bir sıra futbolçular həmin vaxt yığmaların düşərgəsində olduğu üçün mərkəzi arenadakı görüşdə iştirak etməyəcək. Oyundan bir gün öncə ölkəmizə gələcək Mahaçqala klubu “Neapol” otelində iki gün qalacaq. Saat 20:00-da başlayacaq “Bakı” – “Anji” oyunu Az.TV ilə canlı yayımlanacaq.

0
0