Makedoniyalı futbolçu “İnter”ə keçdi
30.08.2010 - 17:31
“Transfer pəncərəsi”nin bağlanmasına bir gün qalmış “İnter” makedoniyalı dayaq yarımmüdafiəçəsi Filip Despotovskilə 1 illik müqavilə imzalayıb. Apasport.az saytının xəbərinə görə, azad agent statusuna malik olan 27 yaşlı futbolçu “bankirlər”ə havayı başa gəlib.
Onun son komandası Ukraynanın “Vorskla” (Poltava) klubu olub. Despotovski karyerası ərzində “Vardar”(Skopye), OFK (Belqrad) və “Etnikos” (Pirey) kimi komandalarda oynayıb.
Qeyd edək ki, müqavilə imzalanmasından dərhal sonra yarımmüdafiəçi Avro-2012 seçmə mərhələsi çərçivəsində 2 qarşılaşma keçirəcək Makedoniya millisinin düşərgəsinə yollanıb.
Xatırladaq ki, Makedoniya millisi sentyabrın 3-də Slovakiya, sentyabrın 7-də isə Ermənistan yığmasıyla qarşılaşacaq.

0
0