Mahir Şükürov milli komandaya qalib kimi gəlir
30.08.2010 - 22:14
Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürov Rusiyanın “Anji” klubunun heyətində növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, 28 yaşlı müdafiəçi Premyer Liqanın “Sibir”lə görüşünün iştirakçısı olub. “Anji” çempionatın autsayderi ilə matçda 1:0 hesabı ilə qalib gəlib. Mahir bu oyunda da start heyətində meydana çıxaraq 90 dəqiqə əvəzlənmədən mübarizə aparıb.
Bu həmyerlimizin yığmanın düşərgəsinə gəlməzdən əvvəl sonuncu qarşılaşması olub. Sabah millinin Almaniyadakı düşərgəsinə qoşulacaq Şükürov komandaya qalib əhval-ruhiyyədə gələcək.
Qeyd edək ki, Mahaçqalada əldə olunan qələbə Hacı Hacıyevin yetirmələrinin mövsümdə 6-cı zəfəridir. Bununla da 19 oyundan sonrakı xal hesabını 23-ə çatdıran “Anji” Moskva təmsilçiləri “Lokomotiv” və “Dinamo”ya çatıb. Əlavə göstəricilərə görə Mahirin komandası 10-cu pillədə qərarlaşıb.

0
0