Berti Foqts və milli komandamız ABŞ telekanalında
31.08.2010 - 09:45
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində ilk oyununu sentyabrın 7-də keçirəcək Azərbaycan milli komandasının Almaniya yığması ilə qarşılaşmasının yayımlayacaq telekanalların siyahısı məlum olub. Apasport.az saytının məlumatına görə, Köln şəhərində baş tutacaq görüş ABŞ-da da yayımlanacaq.
Belə ki, yerli ARD Daa Herte, Xorvatiyanın “Sportklub”, Macarıstanın “Sport 2” kanalları oyunu birbaşa yayımlayacaq. Bundan başqa, millimizin oyununa okeanın o tayında da baxacaqlar. ABŞ-ın ESPN kanalı matçı yayımlamaq hüququnu əldə edib.
Qeyd edək ki, Almaniya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

0
0