Denis Kalinkov qayıtdı
31.08.2010 - 10:21
Ötən mövsümü “Xəzər Lənkəran” klubunda keçirən Denis Kalinkov Moldova yığmasına qaytarılıb. Apasport.az saytının məlumatına görə, yığmanın yeni baş məşqçisi Qabi Balint hazırda klubsuz olan 25 yaşlı hücumçuya yenidən şans verəcək.
Rumıniyalı mütəxəssis son anda Kalinkova müraciət etməyi lazım bilib: “Bizi çox çətin iki oyun gözləyir. Mən 23 futbolçuya bel bağlayıram. Son anda Kalinkovun adını da daxil etməyi qərara aldım. Mən onun hansı formada olacağına baxacağam. Bundan sonunda Denisi qarşıdakı oyunlara sifariş edib-etməyəcəyimi qərara alacağam”.
Moldova yığması Avro-2012-nin seçmə mərhələsinə sentyabrın 3-də evdə Finlandiya, bundan 4 gün sonra səfərdə Macarıstanla görüşəcək.
Qeyd edək ki, Kalinkov müqavilə ilə onu mövsüm bitəndən sonra onu kənarlaşdıran “Xəzər Lənkəran”a məxsusdur.

- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0