“Xəzər Lənkəran” 25-ci ölkəni kəşf etdi
31.08.2010 - 10:48
Unibank Premyer Liqasının IV turunun AZAL-la qarşılaşması “Xəzər Lənkəran”ın qapıçısı Denis Romanov üçün əlamətdar olub. Apasport.az-ın məlumatına görə, latviyalı legioner karyerasında ilk dəfə cənub təmsilçisinin əsas komandada meydana çıxmaqla adını “Xəzər Lənkəran”ın tarixinə yazdırıb. Belə ki, Romanovun debütü sayəsində “Xəzər Lənkəran”ın tarixi ərzində formasını geyənlərin ümumi sayı 112-ə çatıb. O, həm də “Xəzər Lənkəran”in 6 illik tarixində 63-cü legioneri olub.
Qapıçıya qədər 62 əcnəbi klubun formasını geysə də, Denisə kimi onun həmyerliləri “Xəzər Lənkəran”da çıxış etməmişdi. Bu isə o deməkdir ki, matçın gedişində Kamran Ağayevi əvəzləyən legioner komandanın tarixinə ilk Latviya təmsilçisi kimi düşüb.
İndiyədək 24 ölkədən gələn futbolçulara güvənən əyalət təmsilçisi üçün Latviya “kəşf olunan” 25-ci dövlət olub: Türkiyə, Rumıniya – hərəsi 9, Braziliya – 8, Belarus, Serbiya – hərəsi 5, Bolqarıstan - 4, Albaniya, Gürcüstan, Kolumbiya, Litva – hərəsi 2, Çexiya, Estoniya, Fransa, Honduras, İsveç, Kot d’ivuar, Moldova, Nigeriya, Portuqaliya, Qana, Rusiya, Slovakiya, Argentina, Kosta-Rika, Latviya – hərəsi 1.
Xatırladaq ki, Premyer Liqanın ilk üç turunda daha 8 futbolçu “Xəzər Lənkəran”da debüt etmişdi. Stelian Stanku, Dieqo Ruis və Tural Cəlilovun debütü I, Katalin Doman və Konstantin Arbanasın ilk oyunu II tura təsadüf etmişdisə, Asif Məmmədov, Adrian İordake və Uinston Parks yalnız III turda buna nail olmuşdular.

0
0