“Dopinqlə bağlı həmin məlumatları Foqtsa təqdim etmək istəsəm də, mümkün olmadı”
31.08.2010 - 11:10
“Milli komandanın inkişafında klub həkimlərinin də baş məşqçi ilə işbirliyinin rolu var. Bu mənada mən bir peşəkar mütəxəssis kimi üzərimə düşən vəzifəni yerinə yetirirəm. Yığmamızın baş məşqçisi Berti Foqts klubumuzdan çağırdığı futbolçular haqda tam məlumata malikdir”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran” klubunun həkimi Boris Xetaqurov deyib.
Uzun illərdir futbolda çalışan təcrübəli həkim vaxtilə sıralarında olduğu yığmaya indi kənardan köməyini göstərir. Millimizin almaniyalı baş məşqçisi Berti Foqts “Xəzər Lənkəran”dan qapıçı Kamran Ağayev, müdafiəçi Elnur Allahverdiyev və yarımmüdafiəçi Rahid Əmirquliyevə dəvət göndərib. Xetaqurov Foqtsa futbolçuların tibbi göstəricilərini göndərməyi özünə borc bilib: “Mən bunu son vaxtlar iki dəfə etmişəm. Kamran, Elnur və Rahidin göstəricilərini göndərməklə, Foqtsda futbolçularımız haqda tam təsəvvür yaranmasına imkan yaratmışam. Həmin paketdə fiziki, funksional hazırlıqla bağlı bütün məlumatlar var”.
Məlum olduğu kimi, nəinki futbolda, idmanda dopinq ən böyük problemlərdən sayılır. Dörd il öncə Sergey Sokolovla bağlı məlum dopinq qalmaqalı elə yığmamızın rəsmi oyunu zamanı baş verdiyindən, bundan nəticə çıxartmaq vacibdir. Bu işdə də öz köməyini əsirgəmədiyini deyən Xetaqurov ehtiyatı əldən vermir: “Yığmaya gedən futbolçularımızı son vaxtlar hansı vitaminlər, dərmanlar, preparatlar verdiyimi Foqtsun bilməsini vacib saydım. Çünki adətən oyunlardan sonra futbolçulardan dopinq test götürülür və baş məşqçi də futbolçunun yığmaya gələnə kimi hansı maddələr qəbul etdiyini bilməlidir. Lənkəranda yaratdığımız tibbi mərkəzində hər cür şərait, kompüterdə bütün məlumatlar, göstəricilər var. Mən dopinqlə bağlı həmin məlumatları şəxsən Foqtsa təqdim etmək istəsəm də, bu, mümkün olmadı. Çünki son turda “İnter”lə ev oyunumuz axşam saatlarında başlayırdı, yığma isə ertəsi səhər saat 6-da Almaniyaya yollanırdı. Bunu nəzərə alaraq, siyahını Rahidə verdim və bunu şəxsən Foqtsa çatdırmağını tapşırdım”.
Qeyd edək ki, UEFA Sokolovu Belçika yığması ilə rəsmi oyunda qanında istifadəsi qadağan olan maddə tapıldığına görə 18 aylıq futboldan kənarlaşdırmışdı.
Mehman SÜLEYMANOV

0
0