“Yaşlı və daha çox pulu düşünən futbolçularla işimiz yoxdur”
31.08.2010 - 11:31
“Yaşlı və daha çox pulu düşünən futbolçularla işimiz yoxdur”
“Qəbələ” klubunun məşqçisi Daril Villard İngiltərə mətbuatına müsahibə verib. Apasport.az saytının xəbərinə görə, Villard müsahibəsində komandanın çıxışına və digər maraqlı məqamlara toxunub.

- Komandanız 4 oyundan sonra qələbə qazana bilməyib...
- Bəli, ancaq gündən-günə öz oyunumuzu tapırıq. Ən yaxşı oyunumuzu “Bakı”ya qarşı keçirdik. Ancaq təəssüf ki, məğlub olduq. Bəxtin də bizdən öz döndərdiyini deyə bilərəm. Ümid edirəm ki, bəxtimiz də üzümüzə gülər və ardıcıl qələbələr qazanarıq. Baş məşqçi komandaya yeni oyun üslubu aşılamağa çalışır. Əlbəttə, bunun üçün də müəyyən qədər vaxta ehtiyac var.

- Maraqlıdır, necə oldu ki, Azərbaycan işləmək variantı oraya çıxdı?
- Qarri Stevensla (Toni Adamsın köməkçisi) 3 il birlikdə çalışmışam. Eyni şəhərdə yaşamışıq və bir-birimizi tanıyırıq. “Çelsi” və “Tottenhem”də də onun köməkliyi ilə çalışmışdım. Məşqçiliyə başlamaq üçün əvəzedici heyətdən yaxşı yer yoxdur. Toni Adamsla görüşdən sonra mənimlə birlikdə çalışmağı təklif etdi. Təklif mənim üçün cəzbedici oldu. Belə demək mümkünsə, məni dəli etdi. Dərhal qəbul etdim.

- Bəs Qəbələ necə yerdir?
- Dağlıq zonasıdır. Paytaxt Bakıdan Qəbələyə 3 saata getmək olur. Avropa şəhərləri kimi, restoranlar, barlar və bahalı mağazalar var.

- Harada qalırsınız?
- Oteldə. Hər xərcimi klub ödəyir. Komanda keçən il mən qaldığım oteldə məskunlaşmışdı. Mən “Kolçester”dən gələn fizioterapevt Faraz Sethi ilə birlikdə qalıram.

- Toni Adams və Qarri Stevenslə necə işləyirsiniz?
- Toni Adams çox gözəl insandır. O nə iş gördüyünü yaxşı bilir. Birlikdə çalışdığım Stevens haqda isə əlavə nəsə deməyə ehtiyac yoxdur.

- Futboldan kənar nə işlə məşğul olursunuz?
- Əvvəllər çox çətin idi. Qəbələdə 5 ulduzlu otel və burada hovuz, spor salonu, masaj, boulinq zalı, stolüstü tennis və s. hər şey var. Dağlara baxan gözəl mənzərəsi var. Boş vaxtlarımı bu cür keçirirəm.

- Nəyə görə “Qəbələ” ilə planınız 10 ili əhatə edir?
- Qəbələdə xırda məsələlərə əhəmiyyət vermirlər. Misal üçün, bir müddət futbolçuların qidalanmalarına, idman içəcəklərinə və sair məsələlərə mən baxırdım. Futbolçular bəzən çaya 6-7 qaşıq şəkər tozu qatırlar. Bu məsələlərin nə qədər əhəmiyyətli olduğunu izah edirik. Bəzi oyunçular bu işdə biz kömək edirlər. Necə bunlar İngiltərədə həyata keçirilir, biz də eynisini Qəbələdə tətbiq edirik. Çünki komandanın Çempionlar Liqasına düşmək məqsədi var.

- Özbəkistan kimi ölkələrdə komandalar Rivaldo və başqa futbolçulara üstünlük verirlər. “Qəbələ” Deon Bartonla müqavilə imzaladı. “Qəbələ”nin belə iddialı transfer etməyə imkanı varmı?
- Özbəkistan klubu yaxşı maddi imkana sahibdir. Ancaq biz onlar kimi davranmayacağıq. Biz əldə olan vəsaiti səmərəli istifadə etməyə çalışırıq. Pulu komanda üçün sağa-sola xərcləmirik. Adlı-sanlı futbolçuya pul xərcləmədik. Hazırda əsas məqsəd klub üçün infrastrukturun qurulmasıdır. Ondan sonra klubumuzun bir parçası olmaq istəyən futbolçular gətirmək istəyirik. Yaşlı futbolçuları, daha çox pulu düşünənlərlə işimiz yoxdur. Məncə, Bartonu transfer etmək böyük hadisədir. Yaxşı futbolçudur, peşəkardır. Onun komandamızda olması digər futbolçuların da “Qəbələ”yə transferin olunmasından rol oynayacaq.

- Azərbaycanlılar haqda nə deyə bilərsiniz?
- Çox səmimi və emosionaldırlar. Bizi yaxşı şəkildə qəbul etmək üçün hər şey edirlər. Bayaq dediklərimi onlara izah edəndə, şoka düşdülər. Yerli insanlar əsasən təsərrüfat işləri ilə məşğul olurlar və xoşbəxt həyat tərzləri var. Əvvəllər biz onlar üçün gülməli gəlirdik. Sonradan bizimlə dost oldular.

- Azərbaycanlılar və komanda üzləri ilə necə əlaqə qurursunuz?
- Onlar bizimlə ingiliscə, biz də onlarla azərbaycanca danışmaq üçün cəhd edirik. Futbolun öz ümumi danışıq dili var. Futbolçularla bu cür əlaqə qururuq.

- Yerli oyunçuların rəğbətini qazanmaq asandırmı?
- Təbiətcə azərbaycanlılar həddən artıq hörmətcildirlər. Ona görə də futbolçuların rəğbətini qazanmaq çox asandır. Onlarla əlaqə qurmağım dil məsələsinə görə bir qədər tez oldu. Ancaq hər hansı bir tapşırığı vermədən öncə özüm bir dəfə onu yerinə yetirirəm daha sonra futbolçular təkrarlayırlar. Həmçinin klub mənim üçün tərcüməçi tutub. Fikirlərimi aydın izah edə bilirəm. Futbolun ümumi qaydaları haqda danışıram və onlarla ünsiyyət qururam.

- Siz “Qəbələ”nin bu mövsümkü çıxışından nə gözləyirsiniz?
- Çempionata heç də yaxşı başlamadıq. Komandaya 11 yeni futbolçu qoşulub və cəmi 4 oyun birlikdə oynayıblar. Ona görə də, öz oyunumuzu tapmaq üçün müəyyən qədər zamana ehtiyacımız var.

- Rəhbərlik etdiyiniz əvəzedici heyətin vəziyyəti necədir?
- 4 oyundan 2 qələbə 1 heç-heçəmiz var. 1 dəfə də məğlub olmuşuq. Buna baxmayaraq, startı uğurlu hesab edirəm. Mənim işim U-17-dən əsas komandaya futbolçu yetişdirməkdir. Heyətimizdə istedadlı futbolçular var.

- Azərbaycanlı futbolçuların standartı nədir? İngiltərədə diqqət mərkəzinə düşə bilərlərmi?
- Müqayisə etmək çox çətindir. “Qəbələ”də yaxşı oyunçular var. Ən yaxşı oyunçuları İngiltərədə 1-ci və 2-ci liqalarda oynaya bilər. Ancaq dayanmadan üzərilərində çalışırlar. Bir müddət sonra futbol akademiyalarına yatırılan pullar öz bəhrəsini verəcək.

- İngiltərə və Azərbaycan futbolu arasında nə kimi fərqlər var?
- Oyundan oyuna fərq var. Misal üçün, ilk turda Lənkəranda 15 minlik stadionda oynadıq. Ancaq başqa yerlərdə keçirdiyimiz oyunlarda 1-2 min azarkeş olur. Həmçinin bəzi oyunlar süni meydançada keçirilir. Bizim ev oyunumuzu süni meydançada keçiririk və təxminən 2-3 min azarkeş olur. Ancaq yeni müasir standartlara cavab verən bazamız inşa olunur.