Bernard Lippertin yetirmələri canlı yayımda
31.08.2010 - 11:37
Bernard Lippertin yetirmələri canlı yayımda
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avro-2011-in seçmə mərhələsindəki son oyunu canlı yayımlanacaq. Apasport.az saytının məlumatına görə, Bernard Lippertin sentyabrın 7-də Belarus yığması ilə səfərdə keçirəcəyi qarşılaşma bu ölkədə böyük maraq doğurur.

Pley-off mərhələsinə çıxaq şansları böyük olan rəqibimizin uğurlu çıxışına Belarus dövlət teleradio şirkəti də biganə qalmayıb. Bu kanal sentyabrın 3-də Şotlandiya, 4 gün sonra isə yığmamızla görüşü canlı yayımlamağa qərar verib.

Qeyd edək ki, Belarus – Azərbaycan oyunu Borisov şəhərində keçiriləcək.