Əfran İsmayılov “Əskişəhərspor”a getmək istəyir
01.09.2010 - 23:11
“Qarabağ”da birlikdə çıxış etdiyimiz vaxtda Rəşad Sadıqovun mənə böyük dəstəyi olub. Onunla birlikdə yenidən eyni komandada çıxış etmək istərdim”. Bu sözləri apasport.az saytına açıqlamasında Ağdamın “Qarabağ” klubunun futbolçusu Əfran İsmayılov deyib.
Hazırda zədəli olan futbolçu yaşıl meydanlardan kənarda qalıb. Zədəsini sağaltmaqla məşğul olan gənc yarımmüdafiəçi Qubada dincəlir. 22 yaşlı futbolçu “Əskişəhərspor” azarkeşlərinin onu komandalarından görmək istəmələrinə münasibət bildirib: “Rəşadın Türkiyə klubuna keçidinə çox sevindim. Onunla birlikdə oynamaq yaxşı olardı. İnanıram ki, birlikdə çıxış etsək, yenə dəstək olar. Ancaq hazırda bu barədə fikirləşmirəm. Əsas məqsədim zədəmi tez sağaldıb, yaşıl meydanlara geri dönməkdir”.
Ağdam təmsilçisi ilə mayadək müqaviləsi olan İsmayılovun növbəti mövsüm bu variantın reallaşa biləcəyini istisna etmir: “Forumlarda oxudum ki, azarkeşlər məni dərindən araşdırıblar və “Əskişəhərspor”a keçməyimi istəyirlər. “Qarabağ”la 1 illik müqaviləm var. Müqaviləm başa çatdıqdan sonra Türkiyə klubundan hər hansı bir təklif gələrsə, nəzərə alaram. Dediyim kimi, Rəşadla birlikdə oynamaq istərdim”.

0
0