“Heç vaxt kasıb mühitdə yaşamamışam” - MÜSAHİBƏ
01.09.2010 - 23:19
Onun üzərinə çox böyük yük düşüb. O, 17 yaşadək futbolçulardan ibarət yığma yaratmalı və bu komandanı 2012-ci ildə Azərbaycanda təşkil ediləcək dünya çempionatına hazırlamalıdır. Söhbətin Sissi Raytdan getdiyini yəqin ki anladınız. Düzü, almaniyalı mütəxəssislə çoxdan söhbət etmək istəyirdik. Ancaq işlərinin çoxluğu ilə əlaqədar olaraq, uzun müddət istəyimiz alınmırdı. Nəhayət, söhbətimiz baş tutanda onun səmimiliyinin şahidi olduq.
- Necə oldu ki, futbola gəldiniz?
- Mən idmançı ailəsində dünyaya gəlmişəm. Atam peşəkar futbolçu idi. Anam yüngül atletika ilə məşğul olub. Qardaşımla bacımın da idmanla bağlılıqları vardı.
- Uşaqlıqdan ancaq futbolu seçmisiniz, yoxsa digər idman növləri də maraqlanmısınız?
- Voleybol, karate, uzun müddət yüngül atletika və bir çox başqa idman növləri ilə məşğul olmuşam. Ancaq əsas marağım futbola idi. Ona görə də bu idmanı seçmişəm.
- Atanızın futbolu seçmənizdə rolu olubmu?
- Yox. O, sadəcə əleyhinə deyildi.
- Futbolla nə vaxtdan məşğul olmağa başlamısınız?
- 6 yaşımdan başlamışam. O vaxt oğlanlarla oynayırdım. Almaniyada qadın futbolunu 1970-ci ildə Almaniya Futbol İttifaqı qanuniləşdirdi.
- Oğlanlarla oynamağın sizə nə xeyri dəyib?
- Yaxşı qadın futbolçuların demək olar ki, hamısı nə vaxtsa oğlanlarla oynayıb. Bu, bizə çox xeyir verib.
- İlk dəfə maaş aldığınızı xatırlayırsınızmı?
- 20-30 il bundan əvvəl, mənim futbol oynadığım dövrdə qadınlar futbol oynadığına görə maaş almırdılar. Mən də maaş almamışam. Onlar ancaq yol xərclərimi və digər tələbatlarımı ödəyiblər.
- “Bavariya”da oynadığınız illər yadınızda necə qalıb?
- Bu klub mənim həyatımda böyük rol oynayıb. Burada çox gözəl mühit var idi. Orada yaşca böyük oyunçulardan komandada müəyyən qaydalara riayət etməyi öyrəndim. Bir şəxsiyyət kimi formalaşmağımda “Bavariya”nın böyük rolu oldu. Yaxşı məşqçim olub. Futbolçu kimi yetişməyimdə Frits Bankın mənə çox köməyi dəyib.
- Qadın futbolunun kişi futbolundan fərqli cəhəti nədir?
- Qadın futbolu son on ildə inkişaf edib. Burada söhbət futboldan gedirsə, futbol futboldur. Hər iki futbolda eyni qaydalar mövcuddur. Kişilər güc və dinamika baxımından qadınlardan daha güclüdür. İkili mübarizələrdə kişilər daha sərtdirlər. Qadınlar son illər texniki və taktiki baxımdan daha çox şey öyrəniblər.
- Karyeranızın ən önəmli anı kimi nəyi qeyd edə bilərsiniz?
- 1989-cu ildə öz ölkəmizdə keçirilən Avropa çempionatında heyətində yer aldığım Almaniya yığması ilk dəfə Avropa çempionu oldu. Bu, ən gözəl an idi. Həyatımda da vacib məqamlar çox olub. Mənim çox yaxşı məşqçim olub. Mənə vacib olan vaxtlarda öz bacarığımı yaxşı tərəfdən göstərə bilmişəm. Atam-anam, ailəm mənə həmişə dəstək veriblər. Vətənimdən kənara çıxmalı oldum və buna cəsarət tapmaq mənim üçün vacib idi.
- Futbolçu Sissi Raytı necə xarakterizə edərdiniz?
- Məqsədyönlü, çalışqan, həmişə inkişaf etməyə çalışan bir futbolçu. Nizam-intizamlı və özümə qarşı sərt olmuşam.
- Karyeranızı qurtarandan sonra başqa işlə məşğul olmağı düşündünüzmü?
- Bilirdim ki, bu sualı verəcəksiniz (gülür). Karyeramı qurtarandan sonra başqa işlə məşğul olmağa başladım. Kommunikasiya məşqçiliyini öyrəndim. Sonra vaxt gəldi və öz işimlə bunu birləşdirdim.
- Azərbaycandan təklif alanda nə etdiniz?
- Əvvəlcə, atlası açıb baxdım ki, bu ölkə harada yerləşir? Azərbaycan haqqında heç bir məlumatım yox idi. Sonra kitablar oxudum, internetdə araşdırdım. Əsas yığmanın baş məşqçisi Berti Foqts və 21 yaşadək futbolçulardan ibarət millilərin çalışdırıcısı Bernhard Lippertlə telefonla söhbətləşdim. Bakıya gəlib, bura ilə tanış olduqdan sonra yekun qərara gəldim.
- Azərbaycana getmək qərarına gəldiyiniz üçün sizə irad bildirən olmadı ki?
- Xeyr. Bu heç söhbət mövzusu olmayıb. Mənim 50 yaşım var. Artıq yetkin insanam. Ona görə də kimdənsə icazə almalı deyiləm.
- Azərbaycanda qadın futbolunun inkişaf dönəmində olduğunu nəzərə alsaq, sizi çətin iş gözləyir. Bundan çəkinmirsiniz ki?
- Xeyr. Bu çətindir, amma eyni zamanda şərəflidir. Mənim üçün belə işlər həmişə daha maraqlı olub.
- Bizim qızlarla almanlar arasında nə fərq var?
- Sizdə hələ futbol təzə inkişaf etməyə başlayıb. Almaniyada çoxdan futbol oynadıqlarından fərq yerlə göy qədərdir.
- İndiyə qədər futbol oynamayan qızlarla işləmək çətin deyil ki?
- Çətindir, amma bu işə marağı artırır. AFFA rəhbərliyi mənə hər cür dəstək verir. Bu da əsas amillərdəndir.
- Qadın futbolunu inkişaf etdirmək üçün nə lazımdır?
- Məşq etmək lazımdır. Qızların iştirak edəcəyi çempionat keçirilməlidir. Bu qızları elə yetişdirməliyik ki, onlar dünya çempionatına qədər tam hazır olsunlar.
- 2012-ci ildə keçiriləcək dünya çempionatında məqsədiniz nədir?
- Əlbəttə, hamımız istəyirik ki, yaxşı yer tutaq. Söhbət təkcə ondan getmir ki, mütləq medal qazanmalı və ya super nəticəyə imza atmalıyıq. Bizim məqsədimiz dünya çempionatında iştirak etmək gücündə olan komanda yaratmaqdır. Bizim atdığımız fundament dünya çempionatından sonra davam etməlidir. Dünya çempionatından sonra durğunluq yaranmasına imkan vermək olmaz. Əksinə, çalışmalıyıq ki, mundialdan sonra qadın futbolu yeni yüksəliş dönəminə qədəm qoysun.
- Futbolçu olmasaydınız, hansı sahəni seçərdiniz?
- Aktrisa olardım.
- Hansı aktyor və aktrisalardan xoşun gəlir?
- Entoni Hopkins və Sofi Loren çox sevdiyim aktyor və aktrisadır. Hopkins müxtəlif səpkili obrazları məharətlə yarada bilirdi. Çox istərdim ki, nə vaxtsa həyatda onunla görüşüm. Bəlkə də siz tanımayacaqsınız, amma alman Hanelore Hoger və Romi Şnayder də çox gözəl aktrisalar olub.
- Hansısa Azərbaycan kinosuna baxmısınızmı?
- Yox. Həm də mənim Azərbaycan kinosuna baxmağım üçün onun alman dilinə tərcümə edilməsi lazımdır. Heç olmasa alman dilində subtitrləri olan film olsa, baxardım.
- Tam başqa mədəniyyəti olan Almaniyadan gəlib Azərbaycanda yaşamaq çətin deyil ki?
- Bu, tam başqa həyatdır. Bununla belə, çətin olmadı. Orada çoxlu dostlarım var. İstirahət etmək üçün yaxşı imkanlarım var. Almaniyada dağlara çıxır, xizəkçiliklə məşğul olurdum. Mənim ölkəmin gözəl təbiəti, çoxlu gölləri var.
- Bəs Azərbaycanda gözəl yerləri gəzməmisinizmi?
- Seleksiya məqsədi ilə gedərkən bir neçə gözəl yerdə olmuşam. Misal üçün, Şəkiyə gedəndə Qafqaz dağlarına heyran oldum. Zaqatala da yaşıllıq idi. Oralardan çox xoşum gəldi.
- Bəs Bakıda yorulanda nə edirsiniz?
- Təzə gələndə bulvara və ya şəhərə gedirdim. Amma indi işim çox olduğundan boş vaxtım olmur. Ona görə də ancaq oteldə qalıram və ya fitness kluba gedib idmanla məşğul oluram.
- Dilimizi öyrənməyə necə, cəhd edirsinizmi?
- Artıq bir neçə sözü bilirəm. Çox sağ ol, nuş olsun, topla kimi gündə işlədilən sözləri deyirəm.
- Ölkələrimizin mətbəxləri arasında nə fərq var?
- Ümumiyyətlə, almanlarla azərbaycanlıların qidalanması fərqlidir. Biz səhər yeməyinə çox fikir veririk. Sizdə yeməklərə müxtəlif ədviyyat qatırlar. Ən çox xoşuma gələn isə kababdır. Bavariya mətbəxi zəngin və keyfiyyətlidir. Misal üçün, bizdə kartofdan hazırlanan knodel çox dadlıdır.
- Xarici ölkələrə səfərə gedəndə nəyə üstünlük verirsiniz?
- Mən tarixi yerlərə getməyin həvəskarı deyiləm. Təbiəti xoşlayıram. Çimərliyə getməyi sevirəm. Dəniz kənarına getmək istəyəndə İtaliyaya yollanıram. Sardiniya adasında dincəlirəm. Aktiv istirahət etmək istəyəndə isə Avstriyaya gedirəm. Orada dağlara çıxıram.
- Bizim insanların sizə münasibətindən razısınızmı?
- Gördüyüm insanların hamısı mənimlə nəzakətli davranırlar, hörmət edirlər. Bundan şikayətlənə bilmərəm.
- Həmişə yaxşı formadasınız. Bunun səbəbi nədir?
- Çox optimist və aktiv insanam. Yəqin ki, bundan irəli gəlir.
- Bu yaxınlarda 50 yaşınız tamam olub. Ad gününüzü harada keçirdiniz?
- Yaxınlarımla, ailəmlə birlikdə Avstriyada keçirdim.
- Sizə verilən ən maraqlı hədiyyə nə oldu?
- Ailəmin, yaxınlarımın yanımda olması mənim üçün ən böyük hədiyyə idi.
- Ən böyük arzunuz nədir?
- Ən böyük arzum uzun, sağlam ömür sürməkdir. Ailəmə, dostlarıma da bunu arzulayıram. Heç vaxt kasıb mühitdə yaşamamışam və həm özümə, həm də yaxınlarıma həmişə yaxşı şəraitdə yaşamağı arzulayıram.
Mənbə: Futbol dünyası qəzeti

0
0