Berti Foqts böyük hesablı qələbəyə sevindi
01.09.2010 - 23:10
Berti Foqts böyük hesablı qələbəyə sevindi
Almaniyada təlim-məşq toplanışında olan Azərbaycan yığması yoldaşlıq görüşündə qüvvəsini sınayıb. Apasport.az saytının xəbərinə görə, milli komandamızın rəqibi aşağı dəstə təmsilçisi “SV Rust” klubu olub.

Yığmamız zəif rəqibini böyük hesabla məğlub edib. 4:0 hesablı qələbədə Vaqif Cavadov dubl edib, Araz Abdullayevlə Fabio Luis Ramim isə hərəyə bir qol vurublar.

Bu, Avro-2012-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də Kölndə Almaniya yığması ilə qarşılaşacaq millimizin son sınağı olub.